Bank Of Baku

Çanaqqala savaşının 100 illiyi münasibəti ilə ədəbi müsabiqə elan olunub

Çanaqqala savaşının 100 illiyi münasibəti ilə ədəbi müsabiqə elan olunub
# 02 mart 2015 12:13 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Azərbaycan Yazıçılar Birliyi (AYB) və Türkiyə Cümhuriyyətinin  Bakdakı səfirliyinin Mədəniyyət-Tanıtma Müşavirliyi Çanaqqala savaşı mövzusunda şeir, hekayə və məqalə nominasiyaları üzrə müsabiqə elan edib.

 

AYB-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqəyə əsərlərin qəbulu martın 2-dən aprelin 14-dək aparılacaq.

 

Müsabiqəyə əsərlər şərti imza ilə çap halında 5 nüsxə olmaqla təqdim edilməlidir. Beş nəfərdən ibarət münsiflər heyəti 10 ballıq sistemlə hər nominasiya üzrə 3, ümumilikdə isə 9 qalib müəyyənləşdirəcək.

 

Qaliblərin adları bu il aprelin ortalarında – Çanaqqala savaşının ildönümü günlərində AYB-də keçiriləcək mərasimdə elan olunacaq. May ayında qaliblərin Çanaqqalaya səyahət turu təşkil ediləcək, qalib seçilən əsərlər kitab halında nəşr olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR