Bakı. Pərvin ABbsov – APA. Bu gün Milli Məclisdə “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov yaradıcı adamlara, xüsusən ədəbiyyat adamlarına qonorar verilməsi məsələsinin həllini tapmasını istəyib.
APA-nın məlumatına görə, Nizami Cəfərov bildirib ki, artıq neçə illərdir büdcədə “Azərbaycan”, “Ulduz” jurnalları, “Ədəbiyyat” qəzeti ilə bağlı maddə əksini tapır. O, büdcədə bu nəşrlərlə bağlı qonorar fondunun əksini tapmasını istəyib. Onun sözlərinə görə, bu halda həmin nəşrlər yazarlara qonorar verə biləcəklər.