Bakı-APA. Yazıçı Elçin Hüseynbəylinin «On üçüncü həvari – 141-ci Don Juan» romanı rus dilində nəşr olunub. APA-nın xəbərinə görə, əsərin rus variantı «Шаги командора или 141-й Дон Don Жуан» adlanır.
«Qaraçuxa» (müəllifin ədəbi təxəllüsü) imzası ilə rusdilli oxuculara təqdim olunan kitab əsasən Rusiya bazarı üçün nəzərdə tutulub.
Nəşrin tərcüməçisi Siyavuş Məmmədzadədir. Hazırda E. Hüseynbəylinin «Azıx» romanını nəşrə hazırlanır.