Bakı-APA. Elçin Hüseynbəylinin «Şah Abbas» romanı yeni format və dizaynda nəşr olunub. APA-nın xəbərinə görə, 1000 nüsxə ilə çap olunan kitabı aprel ayından başlayaraq paytaxtın müxtəlif mağazalarında satışda olacaq.
Xronika janrında yazılmış romanda «Qızılbaş Aslanı» ləqəbi verilmiş Şah Abbasın döyüş səhnələrindən, qərblə diplomatik münasibətlərindən, təğyiri-libas olub el-obanı gəzməsindən, eləcə də bölgələrə səfərlərindən bəhs edilir. Böyük sufinin baş vəziri Hətəm xanın vətəni Ordubada, eləcə də Əylisə səfəri və burada erməni məlikləri ilə görüşünə də əsərdə yer ayrılıb.
AMEA-nın müxbir üzvü, professor Tofiq Hacıyev «Şah Abbas» ədəbiyyat tariximizdə yeni hadisə» adlı məqaləsində romanın dil tarixi baxımından zəngin materiala malik olduğunu və 16-17-ci əsrlərin tarixi-mədəni şəraitinə aid elmi ədəbiyyat siyahısına daxil edildiyini bildirib.
Qeyd edək ki, yazıçının dahi iki kitabı – «Ağ-qara» adlı hekayələr toplusu və məşhur «Don Cuan» romanını da nəşrə hazırlanır.