Bank Of Baku

Əlyazmalar İnstitutu Səfəvilər dövründə yaşamış Azərbaycan şairinin Kembric Universitetində saxlanan divanının surətini əldə edib

Əlyazmalar İnstitutu Səfəvilər dövründə yaşamış Azərbaycan şairinin Kembric Universitetində saxlanan divanının surətini əldə edib
# 18 iyun 2013 11:11 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. AMEA Əlyazmalar İnstitutu Səfəvilər dövründə yaşamış Azərbaycan şairi, Şah Səfi (1629-1642) və II Şah Abbasın dövründə yüksək dövlət vəzifələrində işləmiş Mürtəzaqulu xan Şamlu Zəfərin Kembric Universiteti kitabxanasında saxlanan şeirlər toplusu divanının surətini əldə edib.

 

Əlyazmalar İnstitutundan APA-ya verilən məlumata görə, üzərindəki qeyddən divanın 1669-cu ildə tamamlandığı məlum olur.

 

Səfəvilər sarayında eşikağasıbaşı, divanbəyi, qorçubaşı, Kerman vilayəti valisi, Şeyx Səfiəddin türbəsinin valisi və Ərdəbil vəziri vəzifələrində çalışmış Mürtəzaqulu xanın 839 beytdən ibarət Azərbaycan dilindəki divanı 114 qəzəl, 3 kiçik həcmli məsnəvi, 3 tərkibbənd, 2 tərcibənd, 1 müxəmməs, 1 müstəzad, 5 qitə, 1 rübaidən ibarətdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR