Bank Of Baku

Erməni yazıçı: “Kitabımın təqdimatını Bakıda keçirmək istəyirəm”

Erməni yazıçı: “Kitabımın təqdimatını Bakıda keçirmək istəyirəm”
# 09 noyabr 2016 12:52 (UTC +04:00)

"Mən ermənilərlə azərbaycanlıların münasibətlərinə dair kitab yazıram, tamamlamaq üzrəyəm. Kitab yaxın vaxtlarda dərc olunacaq".

 
 
APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən mətbuat konfransında "Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri:  Ermənistan və Azərbaycandan baxış" adlı beynəlxalq konfransın iştirakçısı, erməni publisist, yazıçı və ictimai xadim Vahe Avetyan bildirib. 
 
 
V. Avetyan deyib ki, bu kitabın təqdimatının Bakıda keçirilməsini nəzərdə tutub: "Bu kitabın satışından əldə ediləcək vəsait azərbaycanlı və erməni qaçqınlara yardıma sərf olunacaq".
 
 
Erməni yazıçı hər bir ölkə kimi beynəlxalq hüquqa əsasən Azərbaycanın da ərazi bütövlüyünə hörmətlə yanaşılmalı olduğunu vurğulayıb: "Mən normal şərait yaranan zaman Ermənistana qayıdaraq prezidentliyə namizədliyimi irəli sürmək niyyətindəyəm. Əgər növbəti prezident seçkilərində iştirak etməsəm, deməli, Serj Sarkisyan rejimi yaşayır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR