Bank Of Baku

Afaq Məsud Fələstin səfiri ilə görüşüb

Afaq Məsud Fələstin səfiri ilə görüşüb
# 26 yanvar 2016 15:54 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim Tərcümə Mərkəzinin sədri Afaq Məsudla görüşüb.

 

Mərkəzdən APA-ya verilən məlumata görə, səfir mərkəzin dil və tərcümə, beynəlxalq əməkdaşlıq və ədəbiyyatların təbliği sahəsində gördüyü işlərin əhəmiyyətindən, ərəb və Azərbaycan ədəbiyyatının qədim əlaqələrindən danışıb: “Mərkəzin dil və tərcümə, milli ədəbiyyatın təbliği, beynəlxalq əməkdaşlıq sahəsində gördüyü işlər daim bizim səfirliyin diqqət mərkəzindədir. Siz bu sahədə kifayət qədər böyük və mühüm işlər görürsünüz. Həmçinin, bir yazıçı olaraq, əsərlərinizlə diqqət çəkirsiniz. Xüsusən, qadın və insan azadlığı mövzusunda yazdığınız əsərləriniz, daim mübarizə şəraitində yaşayan Fələstin xalqı üçün mühüm əhəmiyyət kəsb edir. Bu əsərləri ərəb dilində oxumaq çox xoş olardı”.

 

Mərkəzin direktoru A. Məsud bildirib ki, hələ 90-cı illərdə məşhur fələstinli şair Mahmud Dərvişin əsərlərini Azərbaycan dilinə tərcümə edərək, “Xəzər” dünya ədəbiyyatı jurnalında nəşr edilib: “Fələstin ədəbiyyatı bu gün də mərkəzin maraq dairəsindədir. Biz Azərbaycan ədəbiyyatının Fələstində tanıdılmasında da maraqlıyıq. “Müasir Azərbaycan antologiyası” adlı beynəlxalq formatlı tərcümə və nəşr layihəmiz çərçivəsində ərəb dilinə tərcümə edilən bu kitabı Misir, Mərakeş, Livan və digər bu kimi ərəb ölkələri ilə yanaşı, Fələstində də nəşr etmək, kitaba daxil edilən ayrı-ayrı yazıçı və şairlərin əsərlərini Fələstinin ədəbi dairələrinə tanıtmaq niyyətimiz var”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR