Bank Of Baku

Fikrət Qocanın qardaşı: “Həkimlər deyiblər ki, vəziyyət çox ciddidir”

Fikrət Qocanın qardaşı: “Həkimlər deyiblər ki, vəziyyət çox ciddidir”
# 12 fevral 2015 09:46 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. “Fikrət Qocanın vəziyyəti nisbətən stabilləşib. Dünən vəziyyəti çox pis idi. İndi oğlu ilə danışdım, deyir, həkimlər müayinənin nəticəsindən asılı olaraq, müalicəni davam etdirəcəklər”.

 

Bunu APA-ya açıqlamasında xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin katibi Fikrət Qocanın qardaşı, tərcüməçi Hamlet Qoca deyib.

 

Onun sözlərində görə, şairin ürək damarlarını təmizləmək mümkün olmasa, əməliyyat edəcəklər: “Həkimlər dünən deyiblər ki, vəziyyət çox ciddidir. Bu gün oğlunu tanıyıb, bir-iki kəlmə kəsə bilib. Yəni ünsiyyəti bərpa olunub. Hazırda müalicələri davam edir, dünənə nisbətən əlli faiz yaxşılaşıb. Biz də inşallah həkimlərdən yaxşı xəbər gözləyirik”.

 

Qeyd edək ki, F.Qoca fevralın 10-da infarkt keçirib. Onu müalicə olunmaq üçün dünən İstanbula aparıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR