Bank Of Baku

Folklorşünas alim vəfat edib

Folklorşünas alim vəfat edib
# 26 avqust 2013 12:33 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Folklorşünas alim, Gəncə Dövlət Universitetinin professoru Sədnik Paşa Pirsultanlı vəfat edib.

 

AMEA-nın Folklor İnstitutunun şöbə müdiri Ağaverdi Xəlilin APA-ya verdiyi məlumata görə, Sədnik Paşa Pirsultanlı Gəncədə ürək tutmasından dünyasını dəyişib.

 

Sədnik Xəlil oğlu Paşayev (Pirsultanlı) 1929-cu ildə Daşkəsən rayonunun Qazaxyolçular kəndində anadan olub. Qırxdan artıq kitabın müəllifi olan alim əməkdar mədəniyyət işçisi adına layiq görülüb.

 

2007-ci ildə "Azərbaycan Respublikasının Əməkdar müəllimi", 2009-cu ildə "Tərəqqi" medalı ilə təltif olunub. Sədnik Paşa Pirsultanlı Nizami Gəncəvinin, Aşıq Şəmşirin, Xəstə Qasımın yaradıcılığının tədqiqatçısı kimi tanınıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR