Bank Of Baku

Gənc rəssam Aysel Abdullazadənin sərgisi keçiriləcək

Gənc rəssam Aysel Abdullazadənin sərgisi keçiriləcək
# 03 aprel 2015 12:57 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Aprelin 13-dən 19-dək “Natavan Gallery”də gənc rəssam Aysel Abdullazadənin “Yaz dirçəlişi” adlı sərgisi açılacaq. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən APA-ya verilən məlumata görə, sərgidə rəssamın kvilling texnikası ilə hazırladığı işlər nümayiş olunacaq.
 
Qeyd edək ki, kvilling incəsənət növü XIV əsrin sonu XV əsrin əvvəllərində Aralıq dənizi ətrafında yerləşən Avropa ölkələrində yaranıb. Hesab olunur ki, kvilling monarxlar tərəfindən icad edilib. Onlar zərli kitab kənarlarını kəsərək quş lələyi kimi qatlamaqla qızıl miniatür imitasiyalar yaradıblar. Quill-ingiliscədən tərcümədə “quş lələyi” deməkdir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR