Bank Of Baku

İlyas Tapdığın səhhətində problem yaranıb

İlyas Tapdığın səhhətində problem yaranıb
# 14 dekabr 2012 13:45 (UTC +04:00)

 Bu barədə APA-ya şair özü məlumat verib. O deyib ki, uzun illər ərzində fasiləsiz əməklə məşğul olması səhhətində öz izini qoyub: “Son günlər biz az yorğunluq hiss edirdim. Yaş da öz işini artıq görür. Hazırda 79 yaşın içindəyəm. Əvvəlki yerişim, yuxum yoxdu. Ona görə də özümü yoxlatdırmaq qərarına gəldim”.

 

On gündür Klinik Tibbi Mərkəzin nevrologiya bölməsində müalicə olunduğunu deyən şair qeyd edib ki, hazırda özünü yaxşı hiss edir: “Duzdu, damarlarım daralıb, qanım da bir az qatılaşıb. Yoldaşım rəhmətə gedəndən sonra qayğılarım bir az artıb. Bütün bunlar insana təsir edir. Ona görə də ehtiyac hiss etdim ki, özümə bir az qayğı göstərim. Mən heç vaxt özümə qayğı göstərməmişəm”.

 

Şair yaxın günlərdə evə buraxılacağını da deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR