Bank Of Baku

İordaniya səfiri Tərcümə Mərkəzində olub

İordaniya səfiri Tərcümə Mərkəzində olub
# 09 fevral 2016 15:30 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. İordaniya Krallığının Azərbaycandakı səfiri Nassar İbrahim Məhəmməd əl-Habaşneh Tərcümə Mərkəzində olub.

 

Mərkəzdən APA-ya verilən məlumata görə, qurumun direktoru Afaq Məsud dil və tərcümə sahəsində görülən işlərdən, Azərbaycanda ərəb dilinə və ədəbiyyatına olan maraqdan, ərəb yazıçı və şairlərinin əsərlərindən edilən tərcümələrdən söz açıb, yaxın vaxtlarda Misirdə ərəb dilində nəşri və təqdimat mərasimi gözlənilən “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”ndan danışıb: “Biz bu kitabı Misirlə yanaşı, digər ərəb ölkələrində, eləcə İordaniyada da nəşr etmək niyyətindəyik. Ərəb dili və dünyası yer üzünün böyük bir hissəsini əhatə edir. İstəyirik ədəbiyyatımız bütün ərəb ölkələrində tanınsın. Ərəb ədəbiyyatına gəlincə, hazırda mərkəzdə böyük ərəb nasiri Nəcib Məhfuzun seçilmiş əsərlərindən ibarət kitab çapa hazırlanır”.

 

Mərkəzin dil və tərcümə, beynəlxalq əməkdaşlıq sahəsində gördüyü işləri yüksək qiymətləndirən səfir bildirib ki, mərkəzin Azərbaycan dilinin və ədəbiyyatının beynəlxalq aləmdə, eləcə də dünya ədəbiyyatının Azərbaycanda təbliği istiqamətində həyata keçirdiyi layihələr qarşılıqlı anlaşmaya böyük imkanlar yaradır: “Azərbaycan ədəbiyyatının İordaniyada təbliği ilə bağlı səsləndirdiyiniz qiymətli təkliflər bizi yalnız sevindirir və düşünürəm, bu kitab Azərbaycanla İordaniya arasında əlaqələrin daha da yaxınlaşması istiqamətində öz töhfəsini verəcək”.

 

Görüşün sonunda qonağa kitab nəşrləri, “Xəzər” dünya ədəbiyyatı jurnalı, mərkəz tərəfindən bu vaxta qədər tərcümə və nəşr olunmuş əsərlərin ərəb dilində kataloqu və bukletlər təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR