Bank Of Baku

İsgəndər bəy Münşinin “Dünyanı bəzəyən Abbasın tarixi” əsərinin təqdimatı olacaq

İsgəndər bəy Münşinin “Dünyanı bəzəyən Abbasın tarixi” əsərinin təqdimatı olacaq
# 14 yanvar 2015 10:04 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. XVI əsrdə yaşamış, görkəmli tarixçi, şair və xəttat İsgəndər bəy Münşinin “Dünyanı bəzəyən Abbasın tarixi” (“Tarixi-aləm arayi-Abbasi”) əsərinin təqdimat mərasimi keçiriləcək.

 

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun Elmi Şurasının növbəti iclasında qərar qəbul edilib.

 

İsgəndər bəy Münşinin “Dünyanı bəzəyən Abbasın tarixi” tarix elmləri doktoru, professor Şahin Fərzəliyev tərəfindən Azərbaycan dilinə çevrilib. “Dünyanı bəzəyən Abbasın tarixi” əsəri Tarix İnstitutu tərəfindən iki kitab şəklində nəşr olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR