Bank Of Baku

Kamal Abdulla Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki seçilib

Kamal Abdulla Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki seçilib
# 08 may 2016 08:49 (UTC +04:00)

Bakı-APA. Yazıçı-publisist, dramaturq, akademik Kamal Abdulla Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü - akademiki seçilib.

 

 Azərbaycan Yaradıcılıq Fondundan APA-ya verilən məlumata görə, Akademiyanın Rəyasət Heyətinin iclasında Kamal Abdullanın Türk dünyası qarşısında müstəsna xidmətləri, türk dilli ədəbiyyatın tədqiqi və zənginləşdirilməsi sahəsində böyük elmi -praktik fəaliyyəti nəzərə alınaraq bu məşhur elm ocağının akademiki seçilməsi haqqında yekdilliklə qərar qəbul edilib.

 

Türk Dünyası Araşdırmaları Beynəlxalq  Elmlər Akademiyası  türk      dünyasında və  türk toplumlarının yaşadığı ölkələrdə  türk dilini, tarixini, mədəniyyətini öyrənmək, araşdırmaq və yaymaq  məqsədi ilə  yaradılmış beynəlxalq elmi qurumdur.    Hazırda akademiyanın  ABŞ, Fransa, İtaliya, İngiltərə, Almaniya, Belçika, Rumıniya, İsveçrə, Hollandiya, İran, Rusiya, Suriya, İordaniya, Misir, Ukrayna, İraq, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Bolqarıstan, Moldova, Kosova, Makedoniya, Yunanıstan, Çin kimi  ölkələrdə rəsmi təmsilçilikləri  var. Türk dünyasının məşhur elm adamları, yazıçı və şairlərinin bütün dünyada tanıdılması və təbliği  Akademiyanın ən önəmli vəzifələrindəndir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR