Yazıçı Kamal Abdullanın yeni kitabı işıq üzü görüb. APA-nın məlumatına görə, “Edam vaxtını dəyişmək olmaz” adlı kitabda müəllifin çap olunmuş və çap olunmamış hekayələri yer alıb. Onları birləşdirən bədii-estetik xətt mahiyyət etibarilə müəllifin bütün bədii yaradıcılığından keçir.
“Edam vaxtını dəyişmək olmaz” hekayələr kitabının redaktoru Əliş Mirzallı, ön sözün müəllifi Aydın Talıbzadədir.
Kitabda Kamal Abdullanın “Qar”, “Uçuş”, “Adaşlar”, “Platon, deyəsən, xəstələnib”, “Sirri-zəmanə”, “Mağara”, “Korneliusun ölümü”, “Mənə uçmağı öyrət”, “Kölgə”, “Göyəzən dağının ilahəsi”, “Sağlıq”, “Edam vaxtını dəyişmək olmaz”, “Səsimdən yapış”, Hacı Mir Həsən ağa Səyyah” hekayələri yer alıb.