“APA Holding”ə daxil olan Kulis.az saytının redaktoru, yazıçı Mirmehdi Ağaoğlunun “85-ci gün” hekayəsi İslam Əməkdaşlığı Təşkilatının (İƏT) keçirdiyi Birinci qısa hekayə müsabiqəsində qalib olaraq, üç nəfərdən ibarət finalçılar arasına düşüb.
APA-nın xəbərinə görə, qaliblərin mükafatlandırılması mərasimi dekabrın 19-da İranın Şiraz şəhərində keçiriləcək.
Müsabiqənin məqsədi İƏT-ə üzv olan ölkələrdəki gənclər hərəkatları, təşkilatları arasında əməkdaşlığı gücləndirmək, ölkələrin daha çox tanıtdırılması, mədəni və maarifləndirici tədbirlərin həyata keçirilməsidir.