Bank Of Baku

Küveytdə ərəb dilində Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edən kitab çap edilib

Küveytdə ərəb dilində Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edən kitab çap edilib
# 28 yanvar 2015 14:38 (UTC +04:00)

Bakı - APA. Küveytdə fəaliyyət göstərən “Vətənsevər” Dostluq Cəmiyyətinin təşəbbüsü ilə şair Şahin Musaoğlunun vətənpərvərlik ruhunda qələmə aldığı “İgid əsgər, möhkəm dayan” şerlər kitabı ərəb dilində işıq üzü görüb.

 

Azərbaycanın Küveytdəki səfirliyindən APA-ya verilən məlumata görə, kitab Azərbaycanın Küveytdəki səfirliyinin əməkdaşı Babək Əhmədov tərəfindən ərəb dilinə tərcümə edilərək, nəfis tərtibatla Küveytin məşhur “Ər-Risalə” mətbəə evində çap edilib.

 

Eyni zamanda Azərbaycanın Küveytdəki səfirliyi tərəfindən ərəb dilində Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlərə əlavə olaraq dahi şairin həyat və yaradıcılığından bəhs edən rəngli və nəfis tərtibatlı kitabça hazırlanaraq çap edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR