Tərcümə Mərkəzinin yeni nəşri – XX əsr rus ədəbiyyatının görkəmli simalarından olan Leonid Andreyevin hekayələrindən ibarət “Uçuş” kitabı işıq üzü görüb.
Mərkəzdən APA-ya bildirilib ki, kitaba yazıçının müxtəlif illərdə qələmə aldığı “Berqamot və Qaraska”, “Petka bağda”, “Mələkcik”, “Böyük dəbilqə”, “Çay kənarında”, “Uçuş” kimi hekayələri daxildir.
Kitabı Azərbaycan dilinə Rövşən Ramizoğlu tərcümə edib.