Bank Of Baku

Macarıstanda "Türk mədəniyyətində dinin rolu" mövzusunda beynəlxalq elmi konfrans keçirilir

Macarıstanda "Türk mədəniyyətində dinin rolu" mövzusunda beynəlxalq elmi konfrans keçirilir
# 09 sentyabr 2015 12:24 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Bu gün Budapeştdəki Peter Pazmani Katolik Universitetində "Türk mədəniyyətində dinin rolu" adlı üç günlük beynəlxalq elmi konfrans öz işinə başlayıb. Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, konfrans Macarıstan Elmlər Akademiyasının Türkoloji Araşdırmalar Qrupu və Seged Universiteti ilə birgə təşkilatçılığı ilə təşkil olunub. Konfransın işində Macarıstan, Türkiyə, Rumıniya, Rusiya Federasiyası, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Polşa və digər ölkələrdən gəlmiş türkoloq-alimlər və elm tarixçiləri iştirak edirlər.

 

Beynəlxalq konfransı giriş sözü ilə Macarıstan EA-nın həqiqi üzvü, professor Andraş Ronataş açıb. Peter Pazmani Katolik Universitetinin rektoru, professor Sabolç Suromi, Macarıstan Elmlər Akademiyası və Seged Universitetinin birgə Türkoloji araşdırmalar qrupunun rəhbəri, professor Mariya İvaniç öz giriş sözlərində qədim türk abidələrinin dini baxımdan öyrənilməsinin türk mədəniyyətinin humanist mahiyyətinin üzə çıxarılmasında, müasir mərhələdə dini dözümlülük və tolerantlıq mühitinin formalaşdırılmasında  mühüm rolu olduğunu qeyd ediblər.

 

Konfransda türkoloq-alimlərin 40-a yaxın məruzəsi dinləniləcək və müzakirə ediləcək.

 

Azərbaycanın və Türkiyə Cümhuriyyətinin Macarıstandakı səfirləri Vilayət Quliyev və Şakir Fakılı beynəlxalq türkoloji konfransın açılış mərasimində iştirak və çıxış ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR