Bakı. Cavid Zeynallı – APA. “Hədəf” Nəşrlərində Mirzə Kazım bəyin seçilmiş əsərlərindən ibarət kitab işıq üzü görüb.
Nəşriyyatdan APA-ya verilən məlumata görə, ilk dəfə Azərbaycan dilində nəşr olunan kitabda “Uyğurlar”, “Bab və babilik” və Şeyx Şamil haqqında əhəmiyyətli faktları özündə ehtiva edən “Müridizm və Şamil” əsərləri toplanıb. Kitabı rus dilindən İsmayıl Umudlu tərcümə edib. Kitabın redaktoru Şəmil Sadiqdir.