Bank Of Baku

Moskvada azərbaycanlı şairlərin kitablarının təqdimat mərasimi keçirilib - FOTO

Moskvada azərbaycanlı şairlərin kitablarının təqdimat mərasimi keçirilib - <span style="color: red;">FOTO
# 16 fevral 2015 17:16 (UTC +04:00)

APA-nın məlumatına görə, "Şəhriyar" ədəbi-mədəni cəmiyyətinin üzvləri olan Əşrəf Hüseynli "Qərənfillər", Abbas Ağdabanlı isə "Dağların həsrəti" kitabını oxuculara təqdim ediblər.

 

Tədbiri giriş sözü ilə açan "Şəhriyar" cəmiyyətinin sədri Vasif Məmmədov Əşrəf Hüseynli və Abbas Ağdabanlının həyat və yaradıcılıqları barədə danışıb. O, Əşrəf Hüseynlinin bir müddət əvvəl doktorluq dissertasiyasını müdafiə etdiyini, tarix elmləri doktoru elmi adını aldığını söyləyib.

 

Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov səfir Polad Bülbüloğlu adından mühüm ədəbi hadisənin iştirakçılarını təbrik edib. Diplomat bildirib ki, xalqın və cəmiyyətin həyatındakı aktual məsələləri özündə əks etdirən bu kitabların müəllifləri olan Moskva ədəbi cəmiyyətinin görkəmli azərbaycanlı nümayəndələri diasporun birləşdirilməsində mühüm rol oynayırlar.

 

Kitablar barədə ətraflı şərh verən filologiya elmləri namizədi Anar Həsənov bildirib ki, Əşrəf Hüseynlinin şeirlərində zamanın nəbzinin tutulub, mövcud problemlərə işarə vurulub: "Beynəxlaq Yazıçı və Publisistlər Assosiasiyasının üzvü Əşrəf Hüseynlinin və Azərbaycan aşıq məktəbin görkəmli nümayəndəsi Aşıq Şəmşirin nəslindən olan Abbas Ağdabanlının yaradıcılığı özündə xüsusi mənəvi-etnik və ibrətamiz cəhətləri əks etdirir”.

 

Ümumrusiya Azərbaycan Konqresinin icraşı direktoru İlqar Hacıyev çıxışında Əşrəf Hüseynli və Abbas Ağdabanlını yeni kitablarının təqdimatı münasibəti il təbrik edib. O, təqdimatı keçirilən kitabların Ümumrusiya Azərbaycan Konqresinin dəstəyi ilə nəşr edildiyini qeyd edib. Daha sonra Moskva Beynəlxalq Əlaqələr Universitetinin (MQİMO) dosenti, görkəmli publisist Abuzər Bağırov və müxtəlif ictimai təşkilatların nümayəndələri çıxış ediblər.

 

Tədbirdə Moskvadakı Azərbaycan təmayüllü 157 nömrəli məktəbin şagirdləri tərəfindən mədəni proqram təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR