Bank Of Baku

Müxlis Cənizadənin 85 illik yubileyinə həsr olunmuş bədii qiraət müsabiqəsinə yekun vurulub

Müxlis Cənizadənin 85 illik yubileyinə həsr olunmuş bədii qiraət müsabiqəsinə yekun vurulub
# 06 iyun 2013 08:36 (UTC +04:00)

Bakı. Turan Şakir - APA. Görkəmli teatr və kino aktyoru, bədii qiraət ustası Müxlis Cənizadənin anadan olmasının 85-ci ildönümü münasibətilə keçirilən “Hər şeydən yüksəkdir sözün məqamı” bədii qiraət müsabiqəsinə yekun vurulub.

 

Bu barədə APA-ya Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov məlumat verib.

 

Onun sözlərinə görə, ittifaqın təşkilatçılığı ilə keçirilən müsabiqənin məqsədi milli mədəniyyət sahəsində gedən yaradıcılıq proseslərini sürətləndirmək, gənclər arasında bədii qiraətə marağı artırmaq, onların yaradıcılıq imkanlarını genişləndirmək, eyni zamanda yeni istedadları üzə çıxarmaq olub: “Müsabiqəyə qatılan iştirakçılar arasında yaş məhdudiyyəti qoyulmamışdı. Onların arasından qalibləri müəyyənləşdirmək üçün xalq artisti Əminə Yusifqızının rəhbərliyi ilə münsiflər heyəti yaradılmışdı. Qaliblər müəyyənləşib və diplomları da təqdim olunub”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR