Bakı. Könül Kamilqızı - APA. “Azərbaycanda III Bakı Beynəlxalq Kitab-Sərgi Yarmarkasının ölkə mədəniyyəti üçün önəmli hadisədir. Bu yarmarka nəticəsində bir həftə müddətində Azərbaycanda kitab işi, kitab dünyası öz bayramını qeyd edəcək”.
APA-nın xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu tədbirlər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunub. Sərginin ilk dəfə açıq səma aktında keçirilməsində məqsəd Bakı sakinləri, qonaqlar, gənclər üçün rahat və sərbəst şəkildə kitab almaq imkanı yaratmaqdır: “Sərgi çərçivəsində 100-ə qədər təqdimatın keçirilməsi nəzərdə tutulur. Sərgidə 25-dən çox ölkədən 125 nəşriyyat evi öz məhsulunu təqdim edir. Bu, Azərbaycanda kitab işinə beynəlxalq marağın nəticəsidir. Belə tədbirlərin sayının artırılması vacib və önəmli bir hadisədir. Ölkədə kitab işinə artırılmasına önəm verəcək. Sərgi-yarmarkada kitablar nəinki kitab şəklində, həmçinin elektron formada təqdim edilir. Bu da müasir dünyanın ayrılmaz hissəsidir”.
Nazir qeyd edib ki, sentyabrın 25-də Opera və Balet Teatrında M.F.Axundzadə adına Milli Kitabxananın 90 illik yubileyi qeyd olunacaq.