Bakı. Cavid Zeynalov – APA. Xalq şairi Nigar Rəfibəylinin 100 illik yubileyinin keçirilmə vaxtı dəyişdirilib. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyindən bildirilib.
Məlumata görə, prezident İlham Əliyevin xalq şairi Nigar Rəfibəylinin 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı bu il martın 4-də imzaladığı sərəncama uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 21-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında yubiley gecəsinin keçirilməsi nəzərdə tutulmuşdu. Nazirlikdən bildiriblər ki, yubiley gecəsinin vaxtı dəyişdirilərək, noyabr ayına keçirilib.