Bank Of Baku

Nigar Rəfibəylinin 100 illiyinə həsr olunmuş xatirə tədbiri keçirilib - FOTOSESSİYA

Nigar Rəfibəylinin 100 illiyinə həsr olunmuş xatirə tədbiri keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 09 iyul 2013 11:44 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Bu gün Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində xalq şairi Nigar Rəfibəylinin 100 illiyinə həsr olunmuş xatirə tədbiri keçirilib.

 

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən muzeyin direktoru, millət vəkili Rafael Hüseynov Nigar Rəfibəylinin Azərbaycan ədəbiyyatındakı yerini, imzasını yüksək qiymətləndirib: “Nigar Rəfibəyli ruhumuzu oxşayan o gözəl şeirləri yazmasaydı belə, Rəfibəyli soyadına görə bizim tariximizdə adını əbədiləşdirəcək, bizim xatirəmizdə yaşayacaqdı. Nigar elə bir ailədə dünyaya gəlmişdi ki, onun taleyinə bu millətə xidmət yazılmışdı".

 

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov, xalq şairi Nəriman Həsənzadə, general Akif Rəfiyev, xalq artisti Amaliya Pənahova, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə və başqaları Nigar Rəfibəyli haqqında xatirələrini bölüşüblər.

 

Tədbirdə xalq artisti Faiq Sücəddinovun şairin şeirlərinə bəstələdiyi mahnılar səsləndirilib, əməkdar artist Münəvvər Əliyeva Nigar Rəfibəylinin şeirlərini oxuyub.

 

Tədbirin sonunda xalq yazıçısı Anar Nigar Rəfibəyli haqqında xoş sözlərə görə çıxışçılara minnətdarlığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR