Bakı. Kəmalə Quliyeva - APA. Hindistanın Nyu Dehli şəhərində Nizami Gəncəvinin yubileyi ilə əlaqədar elmi konfrans keçiriləcək.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu məqsədlə AMEA Ədəbiyyat İnstitutunun direktor vəzifəsini icra edən Teymur Kərimli, institutun professoru Qəzənfər Paşayev və Mədəniyyət və Turizm Nazirliyinin bir qrup işçisi Nyu Dehliyə yola düşüblər.
Tədbir Mədəniyyət və Turizm Nazirliyi və İ.Qandi adına Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunub.