Bank Of Baku

Pekində Nizami Gəncəvinin büstü qoyulub

Pekində Nizami Gəncəvinin büstü qoyulub
# 06 dekabr 2012 11:04 (UTC +04:00)

 

Bakı. Məlahət Nəcəfova - APA. Çin və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi çərçivəsində Pekində Azərbaycan şairi Nizami Gəncəvinin büstü qoyulub. APA-nın “Cihan” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, açılış mərasimində Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov, Türkiyənin Çindəki səfiri Murat Esenli, Çin Mədəniyyət Nazirliyinin rəsmiləri və digər qonaqlar iştirak edib. Mərasimdə Azərbaycanın Dövlət Himli səslənib.

 

L. Qəndilov “Cihan”a açıqlamasında bildirib ki, bu işlər tək Azərbaycan üçün deyil, bütün türk dünyası üçün görülür: “Biz dünyaya özümüzü tanıtmalıyıq. Özümüzü tanıtmağın ən gözəl yolu isə yazıçılarımızı, mədəniyyətimizi tanıtmaqdır”. Nizami Gəncəvinin tək şair deyil, həmçinin filosof və zamanının böyük alimi olduğunu vurğulayan səfir bildirib ki, onun yazdıqları bu gün üçün daha önəmlidir.

 

Qeyd edək ki, Pekinin ən böyük parklarından olan Çaoyang parkındakı muzeyin bağçasında Nizami Gəncəvi ilə yanaşı, Qandi və Konfutsi kimi məşhurların da büstləri qoyulub

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR