Bank Of Baku

Rafael Hüseynovun “Söztək gözəl Məhsəti” monoqrafiyası çıxıb

Rafael Hüseynovun “Söztək gözəl Məhsəti” monoqrafiyası çıxıb
# 15 avqust 2013 09:54 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Ədəbiyyatşünas, AMEA-nın müxbir üzvü Rafael Hüseynovun “Söztək gözəl Məhsəti” monoqrafiyası işıq üzü görüb. APA-nın məlumatına görə, monoqrafiyada əlyazma və arxiv materialları, ilk mənbələr, müxtəlif dünya dillərində olan tədqiqat əsərlərinin təməlində Məhsəti Gəncəvinin həyat və yaradıcılığı təhlil edilir, onun Azərbaycan və dünya ədəbiyyatı və mədəniyyətindəki yeri müəyyənləşdirilir.

 

Monoqrafiyada məhsətişünaslığın perspektivlərinə dair mülahizələr irəli sürülüb, mütəfəkkir şairənin Azərbaycan və dünyaya təqdimi haqqında təkliflər yer alıb.

 

Kitabın elmi redaktorları akademiklər Ağamusa Axundov və Vasim Məmmədəliyevdir.

 

Qeyd edək ki, kitab prezidentin Məhsəti Gəncəvinin 900 illik yubileyinin keçirilməsi haqqında sərəncamına əsasən nəşr edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR