Bank Of Baku

Rəfail Tağızadənin “Gecə xəyalları” kitabı təqdim olunub

Rəfail Tağızadənin “Gecə xəyalları” kitabı təqdim olunub
# 24 may 2013 16:51 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva - APA. Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda AYB-nin üzvü, Rəsul Rza mükafatı laureatı, şair-publisist Rəfail Tağızadənin “Gecə xəyalları” kitabının təqdimat mərasimi keçirilib.

 

APA-nın verdiyi məlumata görə, mərasimdə AYB katibləri Fikrət Qoca, Rəşad Məcid və ədəbiyyat nümayəndələri iştirak edib.

 

Kitaba şairin son illərdə yazdığı Qarabağ reallıqlarını əks etdirən, vətən həsrəti ilə qələmə aldığı şeirləri daxil edilib. Kitabda həmçinin saf sevgini, qadın gözəlliyini tərənnüm edən şeirlər də yer alıb.

 

Kitaba ön sözü tanınmış şair, rəssam Adil  Mirseyid yazıb. Həmçinin professor Cahangir Məmmədli, AMEA-nın müxbir üzvü Rafiq Əliyevin də kitab və ümumilikdə müəllifin yaradıcılığı ilə bağlı məqalələri verilib. Şeirləri müxtəlif dillərə tərcümə olunan şairin “Gecə xəyalları” kitabı oxucularla üçüncü görüşüdür.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR