Bakı. Ülkər Qasımova – APA. Məşhur rusiyalı yazıçı-satirik Mixail Jvanetski 1 aprel Gülüş günü Heydər Əliyev Sarayında çıxış edəcək.
Sarayın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, çoxsaylı digər təkliflərə baxmayaraq, Jvanetski artıq ikinci ildir ki, 1 aprel - Gülüş gününü Bakıda keçirməyə qərar verib.
İki saat davam edəcək yumor gecəsində satirik yeni və seçilmiş monoloqlarını tamaşaçılara təqdim edəcək. Konsertin satışa çıxarılan biletlərinin qiyməti 10-50 manat arasındadır.