Bank Of Baku

Tanınmış şair, jurnalist Böyükkişi Heydərli vəfat edib

Tanınmış şair, jurnalist Böyükkişi Heydərli vəfat edib
# 28 aprel 2015 08:19 (UTC +04:00)

Ailəsindən APA-ya verilən məlumata görə, Böyükkişi Heydərli bu gün səhər ağır xəstəlikdən vəfat edib.

 

Onun xərçəngdən əziyyət çəkdiyi bildirilib.

 

Böyükkişi Heydərli 1950-ci ildə aprel ayında Cəbrayıl rayonunun Horovlu kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb.

 

İlk şeirləri "Ulduz""Azərbaycan" jurnallarında dərc olunub. 1991-1992-ci illərdə "Səs" qəzetində şöbə müdiri olub, 1992-ci ilin may ayından başlayaraq uzun müddət "Yeni Müsavat" qəzetində redaktor, baş redaktorun müavini vəzifələrində çalışıb. 1993-cü ildə "Dünya" jurnalının redaktoru olub.

 

Bir müddət yazıçı Qor təxəllüsü ilə çıxış edib. "Sakit küçədə qətl", "Yaşıl cənnət çiçəyi", "Yetişmiş tut ağacı" və sair əsərlərin müəllifidir. 2001-ci ildə "Səmasız buludlar" adlı şeirlər kitabı işıq üzü görüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR