Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi (AzTC) dil və tərcümə işinin təkmilləşdirilməsi, peşəkar mütəxəssislərin müəyyən edilməsi və sertifikatlaşdırılması (müqavilələr əsasında əməkdaşlıq məqsədi ilə) üzrə seçim turları təşkil edir.
Turlarda ictimai-siyasi, elmi-texniki, maliyyə, iqtisadiyyat, tibb, hüquq və digər sahələr üzrə dil və tərcümə qabiliyyətinin yoxlanılması, mütəxəssislərin sertifikatlaşdırılması nəzərdə tutulur.
Turlarda iştirak üçün aşağıda qeyd olunan sənədlər mart ayının 1-dək Mərkəzin [email protected] ünvanına göndərilməli, yaxud kağız formatında Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov küçəsi, 74 ünvanına təqdim edilməlidir.
Qeydiyyat üçün şəxsiyyət vəsiqəsinin surəti, 2 ədəd (3x4) fotoşəkil və CV tələb olunur.
Mərkəzin elektron poçt ünvanına göndərilən sənədlərin “mövzu” bölümündə dil və sahə qeyd edilməlidir.
Əlaqə telefonları: (+994 12) 595-10-69 (daxili nömrə 123)