Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin Aztc.gov.az ünvanlı saytı çex dilində fəaliyyətə başlayıb.
Mərkəzdən APA-ya verilən məlumata görə, “Azərbaycan həqiqətləri”, “Azərbaycan yazıçıları”, “Açıq kitab”, “Xəzər”, “Aydın yol” portalları vasitəsi ilə ölkənin tarixi, keçmişi və bu günü, ədəbi-mədəni həyatı, həmçinin dil və tərcümə sahəsinin yenidən təşkili və təkmilləşdirilməsi, milli ədəbiyyatımızın dünyada təbliği məqsədi ilə yaradılmış Tərcümə Mərkəzinin saytı indiyədək Azərbaycan, ingilis, rus, türk, alman, fransız, ispan, ərəb və fars dillərində xəbərlər yayıb.