Bank Of Baku

Tiflisdə Mirzə Fətəli Axundovun 203 illiyinə həsr olunan ailə foto-arxiv sənədlərinin sərgisi keçirilib - FOTOSESSİYA

Tiflisdə Mirzə Fətəli Axundovun 203 illiyinə həsr olunan ailə foto-arxiv sənədlərinin sərgisi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 09 iyul 2015 17:30 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Tiflisdə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkilatçılığı ilə görkəmli Azərbaycan yazıçısı, Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun 203 illiyinə həsr olunan ailə foto-arxiv sənədlərinin sərgisi keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə çıxış edən M.F. Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva dramaturqun Tiflis həyatı barədə və onun ailəsi haqqında ətraflı məlumat verib: "M.F. Axundov ömrünün 44 ilini Tiflisə həsr edib, bu şəhərdə yaşayaraq fəaliyyət göstərib. Ömrü boyu həqiqəti dəstəkləyən bir insan olub".

 

Sonra tədbirdə Gürcüstan Dövlət Teatr, Kino və Xoreoqrafiya Muzeyinin direktoru Georgi Qalandiya, yazıçı Emin Mahmudov, Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının sədri İsaq Novruzov, professor Şadiman Pidsadze, tarixçi Erekli Çağliani və başqaları çıxış edərək M.F.Axundovun Gürcüstan-Azərbaycan dostluğuna böyük töhfələr verdiyini və hər iki xalqın yaddaşında yaşadığını qeyd ediblər. Tədbirdə çıxış edən gürcü professoru Ş. Pidsadze vaxtilə gürcü çarının qoşunlarında düşmənə qarşı vuruşan Xudu Borçalıya heykəl qoyulması təşəbbüsü ilə çıxış edib.

 

Sərgidə yazıçıya və unun ailəsinə aid foto-arxiv sənədləri və onun məşhur əsərlərinin əlyazmaları, həmçinin nəşr olunan kitabları, teatrlarda oynanılan əsərlərin afişaları, gürcü rəssamı Nika Kazbeqinin Üzeyir Hacıbəyovun "Arşın mal alan" komediyasına çəkdiyi  eskizlər nümayiş olunub.

 

Tədbirdə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə Gürcüstan Dövlət Teatr, Kino və Xoreoqrafiya Muzeyi arasında qarşılıqlı əməkdaşlıq haqqında Memorandum imzalanıb. Muzeyin direktoru Leyla Əliyeva  Gürcüstan Dövlət Teatr, Kino və Xoreoqrafiya Muzeyinin direktoru Georgi Qalandiyaya Nizami Gəncəvinin nəfis şəkildə nəşr olunan kitablarını hədiyyə edib.

 

Tədbirdə M.F. Axundova həsr olunan "Sübhün səfiri" bədii filmi nümayiş etdirilib.

Muzeyin direktoru Leyla Əliyeva APA-ya açıqlamasında Memorandumun qəbul edilməsində məqsəd dramaturqun bu günədək Gürcüstan Dövlət Teatr, Kino və Xoreoqrafiya Muzeyində, eləcə də digər mənbələrdə mühafizə olunan naməlum portret və arxiv materiallarının üzə çıxarılaraq ictimaiyyətə təqdim etmək və M.F. Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin eksponatlarını zənginləşdirmək və mədəni-maarif, mədəni irsimizin qorunması və bərpa edilməsi işində sıx əməkdaşlıq etməkdir.

 

Tədbirdə Gürcüstanın mədəniyyət və incəsənət xadimləri, rəssamlar, azərbaycanlı ictimaiyyət nümayəndələri, ziyalılar və jurnalistlər iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR