Bank Of Baku

Tiflisdə Mirzə Fətəli Axundzadənin 200 illiyinə həsr olunan kitab nəşr edilib

Tiflisdə Mirzə Fətəli Axundzadənin 200 illiyinə həsr olunan kitab nəşr edilib
# 16 dekabr 2012 19:14 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Tiflisdə fəaliyyət göstərən “Universal-2012” nəşriyyatında tədqiqatçı-jurnalist Mirzə Məmmədoğlunun “Tiflisdə keçən ömür” adlı kitabı nəşr olunub.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Azərbaycan və gürcü dillərində nəşr olunan kitab Mirzə Fətəli Axundzadənin 200 illiyinə həsr edilib.

 

Müəllif qələmə aldığı əsərində milli dramaturgiyamızın banisi, filosof-mütəfəkkir  M. F. Axundzadənin Tiflisdə yaşayıb-yaratdığı illəri əhatə edir və eyni zamanda həmin dövrdə Gürcüstan paytaxtında yaşamış digər ziyalıların ömür yolundan maraqlı faktları oxucuların nəzərinə çatdırır.

 

Qeyd edək ki, M.F. Axundzadənin  məzarı Tiflisdəki Nabədat bağındadır

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR