Bakı. Cavid Zeynalov – APA. Böyük Azərbaycan ədibi Hüseyn Cavidin qızı Turan Cavidin anım günü keçirilib.
Hüseyn Cavidin Ev Muzeyinin direktoru Gülbəniz Babaxanlının APA-ya verdiyi məlumata görə, anım günü ilə əlaqədar muzeydə sərgi təşkil edilib: “Sərgidə Turan Cavidin ömrünün müxtəlif anlarını əks etdirən fotolar, ona məxsus sənədlər, Hüseyn Cavidin Ev Muzeyinin və Naxçıvandakı məqbərəsinin rəsmi açılışı zamanı çəkilən şəkillər, ailə fotoları nümayiş edilib. Tədbir iştirakçıları sərgi ilə tanış olduqdan sonra Turan Cavidin fotolarından ibarət slayd filmi izləyiblər”.
Tədbirdə çıxış edənlər Turan xanımın Hüseyn Cavidlə bağlı xatirələrindən danışıblar.
Qeyd edək ki, Turan Cavid 2004-cü il sentyabrın 12-də Bakıda vəfat edib. Məzarı Naxçıvandakı Cavid məqbərəsindədir.