Bank Of Baku

Türkiyədə azərbaycanlı alimin “Erməni faşizmi” kitabının təqdimatı olub - FOTO

Türkiyədə azərbaycanlı alimin “Erməni faşizmi” kitabının təqdimatı olub - <span style="color: red;">FOTO
# 24 sentyabr 2017 15:47 (UTC +04:00)

Türkiyənin Kayseri şəhərindəki Erciyes Universitetinin azərbaycanlı professoru Qafar Çaxmaqlı “Yoğun Burç”  Sənət və Mədəniyyət Mərkəzində  “Türk-erməni əlaqələrinin mövcud durumu” mövzusunda  məruzə edib.

 

APA-nın məlumatına  görə,  məruzədən sonra professor Çaxmaqlı  “Erməni faşizmi” kitabını oxucular üçün imzalayıb.

 

Tədbirdə çıxış edən tarixçi alim Serdar Kozan Q. Çaxmaqlının son illərdə ermənişünaslıq sahəsində fəaliyyəti barədə məlumat verib. Anadolu Sosial, Siyasət və Mədəni Araşdırmalar Mərkəzinin sədri Erhan Özhan tədbirdəki çıxışında Q. Çaxmaqlının “Erməni faşizmi” kitabının qonşu xalqın ruhunu və mənəviyyatını saran xəstəlikləri ortaya çıxarmaqda önəmli rola malik olduğunu vurğulayıb. Tədqiqatçı-yazar Emrah Bekçi isə professor Q. Çaxmaqlının  kitabında hələ II Dünya Müharibəsindən əvvəl ermənilər arasında meydana çıxmış faşizm meyllərinin daha sonra Hitlerlə əməkdaşlığa çevrildiyini faktlarla ortaya çıxardığını  və faşistlərlə birbaşa  əməkdaşlıq etmiş Qaregin Njdenin xəyanətkar fəaliyyətlərini arxiv sənədləriylə sübut etdiyinə diqqəti cəlb edib.  O, erməni toplumuna xas olan irqçi “Tsexakronizm” cərəyanı barədə belə bir kitabın yazılmasının Türkiyəyə də çox faydalı olduğunu söyləyib.

 

Qeyd edək ki, son illərdə Q. Çaxmaqlının 6 kitabı Anadolu türkcəsində işıq üzü görüb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR