Bakı. Turan Şakir – APA. Türkiyədə TÜRKSOY-un təşkilatçılığı ilə keçiriləcək beynəlxalq “İpəkyolu Şairlər Görüşməsi” festivalında azərbaycanlı şair Ələmdar Cabbarlı iştirak edəcək. APA-nın məlumatına görə, TÜRKSOY-un yaranmasının 20 illiyi münasibəti ilə təşkil olunacaq festival Türkiyənin Karaman şəhərində keçiriləcək. Festivalda 15 ölkədən nümayəndə heyəti çıxış edəcək. Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Altay, Moldova, Tatarıstan, Kabarda Balkar, Krım, Kosovo və Makedoniyadan dəvət olunan şairlər şeirlərini səsləndirəcək.