Bank Of Baku

Ümumdünya Kitab Sammitində Nizami Gəncəvinin “Xəmsə”sinin elektron nüsxələrinin toplanması müzakirə olunub

Ümumdünya Kitab Sammitində Nizami Gəncəvinin “Xəmsə”sinin elektron nüsxələrinin toplanması müzakirə olunub
# 11 dekabr 2012 12:34 (UTC +04:00)

 

Bakı. Kəmalə Quliyeva - APA. ABŞ-ın Konqres Kitabxanasında Ümumdünya Kitab Sammiti keçirilib.

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, sammitdə dünya kitabxanalarında saxlanılan Nizami Gəncəvi “Xəmsə"sinin elektron nüsxələrinin toplanması da müzakirə olunub.

 

Sammitdə dünya ölkələrindən ümumilikdə 100-dən çox kitabxana direktoru iştirak edib.

 

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dekabrın 3-dən başlayaraq Qarabağ Fondu ilə birgə Amerikada “Nizami Gəncəvi - 870” orijinal əlyazma və illüstrasiyalar sərgisini reallaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR