Bank Of Baku

Vaqif Bəhmənlinin “Belə yaxşıdır” kitabının imza günü keçirilib

Vaqif Bəhmənlinin “Belə yaxşıdır” kitabının imza günü keçirilib
# 30 yanvar 2015 15:55 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Yanvarın 30-da "Kitabevim.az" kitab marketində şair, əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənlinin “Belə yaxşıdır” kitabının imza günü keçirilib.

 

APA-nın məlumatına görə, kitab Azərbaycan Yazıçılar Birliyinin "AYBkitab" layihəsi çərçivəsində işıq üzü görüb.

 

Tədbirdə çıxış edən Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid layihənin oxucular, ədəbiyyatsevərlər üçün əhəmiyyətindən söz açıb.

 

Layihənin rəhbəri Xəyal Rza hər bir şair üçün imza gününün əlamətdar hadisə olduğunu vurğulayıb: “Vaqif Bəhmənli öz üslubu, ədəbiyyatımızda məxsusi yeri olan şairlərdəndir. Onun fəlsəfi-intellektual şeirləri oxucular tərəfindən hər zaman böyük rəğbətlə qarşılanıb”.

 

Şair Çingiz Əlioğlu, professor Nizaməddin Şəmsizadə və digər çıxış edənlər Vaqif Bəhmənlinin yaradıcılığının məziyyətlərindən, şeirlərindəki poetik məzmunun dərinliyindən söz açıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR