Bank Of Baku

Vüqar Tofiqlinin “Qarabağın ağ damı” kitabı nəşr olunub - FOTO

Vüqar Tofiqlinin “Qarabağın ağ damı” kitabı nəşr olunub   - <span style="color: red;">FOTO
# 10 dekabr 2012 12:13 (UTC +04:00)

 

Bakı-APA. Qarabağ mövzusuna həsr olunmuş növbəti kitab işıq üzü görüb. Vüqar Tofiqlinin müəllifi olduğu  kitaba müəllifin son illər yazdığı esse, məqalələr və fikir düşüncələri  daxil edilib. Müəllifin APA-ya verdiyi məlumata görə, “Qarabağ yazıları” silsiləsindən olan bu yazılar “525-ci qəzet”də və “Modern.az” saytında  işıq üzü görüb. Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin ön söz yazdığı kitab “MHS-Poliqraf”  nəşriyyatinda çap edilib. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının dəstəyi və Söz Azadlığını Müdafiə Fondunun təşkilatçılığı ilə nəşr edilən kitabın redaktoru Fəxri Uğurludur.

 

Qeyd edək ki 2011-ci ildə müəllifin Qarabağa həsr olunmuş  ilk tədqiqatı  dünyada ikinci sayılan Ağdam Çörək Muzeyinin yaranması və fəaliyyətinə  həsr edilib.

 

Xatırladaq ki, V.Tofiqli  2001-ci ildən QHT sektorunda fəaliyyət göstərir. 2004-cü ildən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasında çalışır. 2009-cu ildən Söz Azadlığını Müdafiə Fondunun icraçı direktorudur.      

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR