Bakı. Cavid Zeynallı - APA. Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin (BDU) professoru Xalid Əlimirzəyev dünyasını dəyişib. BDU-nun filologiya fakültəsinin dekanı Məhərrəm Vəliyevin APA-ya verdiyi məlumata görə, X. Əlimirzəyev yanvarın 30-da Bakıda vəfat edib.
Mərhum doğulduğu Qəbələ rayonunda dəfn olunub.
Qeyd edək ki, X. Əlimirzəyev 1932-ci il dekabrın 16-da Qəbələ rayonunun Qəmərvan kəndində anadan olub. 1974-cü ildən BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru olub. 1992-1993-cü illərdə təhsil nazirinin birinci müavini vəzifəsində çalışıb.
15 monoqrafiyanın, 500-dən çox elmi-publisistik məqalənin müəllifidir.