Bakı. Fərid Mirzəyev - APA. Xalq şairi Fikrət Qoca infarkt keçirib. Bu barədə APA-ya xalq şairinin qardaşı Hamlet Qoca məlumat verib.
Onun sözlərinə görə, F.Qoca müalicə olunmaq üçün Türkiyənin İstanbul şəhərinə aparılıb: “Fikrət dünən axşam saatlarında infarkt keçirib. Fikrət İstanbuldakı Amerikan Xəstəxanasında müalicə olunacaq”.