Bank Of Baku

Xalq şairi Zəlimxan Yaqub haqda yeni kitab nəşr olunub

Xalq şairi Zəlimxan Yaqub haqda yeni kitab nəşr olunub
# 18 may 2013 14:21 (UTC +04:00)

Bakı-APA. Xalq şairi Zəlimxan Yaquba ithaf olunmuş şeirlərdən ibarət “Zaman bu kəsiri bitirməliydi” adlı kitab işıq üzü görüb. APA-nın xəbərinə görə, nəfis tərtibatla işıq üzü görən bu kitabda Osman Sarıvəlli, Hüseyn Arif, Xəlil Rza Ulutürk, Nəriman Həsənzadə, İsa Muğanna, Tofiq Bayram və Məmməd Aslan kimi məşhur şair və yazıçılarla yanaşı ustad aşıqların və müxtəlif peşə sahibi olan digər qələm adamlarının müxtəlif vaxtlarda Zəlimxan Yaquba ithaf etdikləri şeirlər toplanıb. Ümumilikdə kitabda 200-dək müəllifin şeirləri yer alıb.

 

Kitabı tərtib edən, redaktoru və ön sözün müəllifi Musa Nəbioğludur.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR