“Əgər Cəlil Məmmədquluzadə haqqında “şarlatan” və ya “ədəbiyyata yamaq” deyirlərsə, əgər Mirzə Fətəli Axundov haqqında nalayiq sözlər deyilirsə və ictimaiyyət buna susursa, o zaman mədəniyyətimiz təhlükədədir. Bizim dahiləri yeni nəsillərə olduğu kimi çatdırmaq lazımdır”.
Bu fikirləri APA TV-də yayımlanan “Kimsən sən” verilişinin qonağı xalq yazıçısı Anar qızı Günelin suallarını cavablandıran zaman deyib.
Yazıçı tezliklə oxuculara təqdim edəcəyi yeni romanından danışıb: “Bu, anılar və düşüncələr romanı olacaq. Beş hissədən ibarət böyük bir əsər yazıram. Bu, yaradıcılığım boyu ən uzun müddətə yazılan romandır. Demək olar ki, iki əsr ərzində yazılıb və yazılmağa da davam edir. İndiyə qədər səkkiz böyük dəftər dolub. Elektron variantını hazırlamaq üçün vaxt lazımdır”.
Bir zamanlar soyadı Məmmədxanlı olan yazıçı sonradan Rzayev kimi tanınmağa başlayıb. Köhnə soyadının dəyişməsinin tarixçəsi uzun illər əvvələ gedib çıxsa da, yazıçı yenidən Məmmədxanlı olmaq istəyib: “Bir zamanlar yenidən Məmmədxanlı soyadına qayıtmaq istəyirdim. Amma mərhum Anar Məmmədxanov mənə mane oldu. Allah ona rəhmət eləsin, onun xətrinə mən Məmmədxanlı soyadından imtina etdim. Çox istəyərdim ki, övladlarım bu soyadı götürsünlər. Ancaq onu da deyim ki, bizim soyad itməyib. Bibim oğlu Turan Məmmədxanlıdır”.
Yazıçı Azərbaycanın ilk Anarı olduğunu deyib: “Adımın mənası anmaq, yəni yada salmaq deməkdir. Bu adı mənə valideynlərim verib. Mən Azərbaycanda ilk Anaram. Sonrakı Anarlar artıq mənim mətbuatda tanınmağa başladığım dövrdə üzə çıxıblar. O zaman az idi, indi Anarlar çoxdur. Hətta restoranlara, dükanlara da bu adı qoyurlar. Düşmənlərimiz də elə bilir ki, bunların hamısı mənimdir. Deyirəm ki, kaş elə dediyiniz kimi olardı”.
Anar Şuşanın işğalı zamanı ailəsində yaşadığı faciələri də xatırlayıb: “O zaman çəkilən “Uzun ömrün akkordları” filmi yəqin ki, həyatımı xilas etdi. Çünki mən onda valideynlərimi itirdim. Yüz günün içərisində ailəmiz, kəndimiz böyük faciələrlə üzləşdi. O film isə mütləq çəkilməli idi, çəkilişi saxlamaq olmazdı. O zaman mən məhz o filmə aludə oldum. O qədər problem çıxırdı ki, qismən başım qarışırdı. Həmin müddətdə roman, əsər, hekayə yaza bilmədim və filmin çəkilişi ilə məşğul oldum. Allaha şükür ki, o filmi çəkə bildik. Şuşa da, rəhmətlik Qədir Rüstəmovun səsi də elə o kadrlarda qaldı”.
Mədəniyyətimizin bayağılaşma təhlükəsi ilə üzləşdiyini dilə gətirən Anar bəzi klassiklər haqda səslənən xoşagəlməz fikirlərə də münasibət bildirib: “Bizim klassiklərə, yazıçılara, şairlərə, sənətkarlara hörmətsiz münasibət var. Bu cəmiyyətin bir ziyalısı yoxdur ki, belə təhqirlərə, hücumlara cavab versin? Biz Yazıçılar Birliyi olaraq sözümü deyirik. Hətta bu cür ədəbsiz addım atanları birlikdən xaric də etmişik. Lakin Mirzə Cəlilin, Səməd Vurğunun, Axundovun qeyrətini tək Yazıçılar Birliyi çəkməməlidir”.
Yazıçı cəmiyyətin aqressivləşdiyini deyib: “Əvvəllər belə deyildi. Dahi bir insanın digər dahini bəyənməməyi qəbul edilən haldır, amma mənasız birinin böyük şəxsiyyət haqda fikir səsləndirməsi başqa şeydir. Tənqidlə təhqirin fərqini anlamayanlar var. Əvvəllər mədəniyyət var idi, böyük-kiçik yeri bilirdilər, kimsə sənə xırda bir yaxşılıq etsəydi, ona təşəkkür etməli idin. Amma indi elə bil sənə yaxşılıq edənə əksini etməlisən, nankor münasibət bəsləməlisən. Şübhəsiz ki, cəmiyyətdə də sağlam düşüncəli insanlar, ziyalılarımız da var”.
Anar həyatının sevincli və kədərli məqamlarından söz açıb: “Ailəm, nəvələrim, dostlarım, əzizlərim və sevdiklərimdir məni sevindirən. Kədərləndirən isə... Elə hara baxırsan, kədərlənirsən. Bizim ən böyük dərdimiz Qarabağdır. Mən təsəvvür etmək istəmirəm ki, ömrümün axırına qədər bir də Şuşanı görməyəcəyəm. Ermənilərin icazəsi ilə işğal olunmuş Şuşaya getmək istəmirəm. Mən özüm, azad olunmuş Şuşaya getmək istəyirəm”.
Xalq yazıçısı Anar: “Anar Məmmədxanova görə soyadımı dəyişib Məmmədxanlı etmədim” - VİDEO
Ədəbiyyat
Nazir müavini: XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində 300-dən çox müxtəlif səpkili tədbirlər keçiriləcək
XII Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib - FOTO
Sevda Tahirli: Babam Mirzə Ələkbər Sabir haqqında doğru sandığımız, amma yanlış olan bəzi məsələlər var - MÜSAHİBƏ
“Ən çox oxunan müəllif 2026” nominasiyası üzrə onlayn səsvermə başlayıb
Xəbər Lenti
Ərəb koalisiyası ər-Riyad üzərində daha bir pilotsuz uçuş aparatını vurub
İsrail ordusu seçki öncəsi hazırlıq səviyyəsini maksimuma çatdırıb
Tramp Danimarkanın Qrenlandiyanı ABŞ-a verdiyini düşünür
Ermənistan “Uşaq Avroviziya 2026”nın qalibi olub
İtaliyada etirazlar zamanı 371 nəfər saxlanılıb
Tramp ABŞ Konqresinə seçkilərdə iştirak edib
İran ABŞ-a yeni təkliflər göndərməsi ilə bağlı xəbərləri təkzib edib
Husilər ər-Riyad hava limanını hərbi hədəf elan ediblər
Prezident İlham Əliyevin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Tramp İrana yeni zərbələr endirilə biləcəyini istisna etməyib
İran ABŞ-ın blokadanı aradan qaldırması müqabilində Hörmüzü açmağı təklif edib
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
"Euronews": AQEM üzvləri regional dialoqu konkret addımlara çevirməyə çalışırlar - VİDEO
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
Mask Ukrayna ordusu üçün Starlink internet xidmətlərində məhdudiyyət tətbiq etdiyini etiraf edib
Zeytun Festivalında estrada ulduzlarının konserti olub
Gürcüstanda saxlanılan İbad Hüseynov səfirliyin dəstəyi ilə buraxılıb, Azərbaycana qayıdıb
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - YENİLƏNİB
Fransada iğtişaşlar zamanı 1000-ə yaxın şəxs saxlanılıb
Rusiya Xarkov və Dnepropetrovsk vilayətinə zərbələr endirib: ölənlər və yaralananlar var
İtaliyanın müxtəlif şəhərlərində etirazçılarla polislə arasında toqquşma yaşanıb
Fransada oktyabrın 24-də 410 min nəfər etiraz aksiyalarına qatılıb
Husilər Səudiyyə Ərəbistanında hava limanlarını və neft obyektlərini hədəf aldıqlarını açıqlayıblar
FIFA U-15: Azərbaycan Timor-Leste millisini 6:0 məğlub edib
Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB
Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk
Ukrayna qüvvələri Omskda kimya zavoduna zərbə endirib
Goranboyda “Changan” piyadanı vuraraq öldürüb - FOTO
Rusiya səfirliyi diplomatların İrandan çıxarılması ilə bağlı iddialara münasibət bildirib
Lənkəranda balıq tutan kişi ölüb
Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB-1
Misli Premyer Liqasında “Kəpəz” “Şəfa”ya qalib gəlib
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır - YENİLƏNİB
Gəncədə avtomobilin vurduğu piyada 7 gün sonra xəstəxanada ölüb - YENİLƏNİB
FIFA prezidenti: Azərbaycana təşəkkürümü bildirirəm
Fransada etirazçılarla polis arasında toqquşma baş verib - YENİLƏNİB
Pezeşkian Moskvaya səfər edəcək
Rusiyada qatar mikroavtobusla toqquşub, 6 nəfər ölüb
Gəncədə 49 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb
Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə
Şahmatçılarımız Avropa Klub Kubokunda 2 medal qazanıb
“Yaşıl enerji dəhlizi”nin texniki-iqtisadi əsaslandırması tamamlanıb
“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib
Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Bakı Bulvarında Zeytun Festivalı davam edir - FOTO
Tovuzda bağlı qapı arxasında qalan 7 aylıq uşaq xilas edilib
U-15 dünya çempionatı başlayır
Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib
Gəncədə qadın əri tərəfindən bıçaqlanıb