Bank Of Baku

Xalq yazıçısı Elçinin “Qatil” əsəri Şimali Kipr Türk Cümhuriyyətində səhnəyə qoyulacaq

Xalq yazıçısı Elçinin “Qatil” əsəri Şimali Kipr Türk Cümhuriyyətində səhnəyə qoyulacaq
# 16 yanvar 2013 10:12 (UTC +04:00)

Bakı. Ülkər Qasımova – APA. Xalq yazıçısı Elçinin “Qatil” əsəri Şimali Kipr Türk Cümhuriyyətində səhnəyə qoyulacaq. APA-nın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, azərbaycanlı rejissor Mehriban Ələkbərzadənin quruluş verdiyi tamaşa yanvarın 18-də Lefkoşa Atatürk Mədəniyyət Mərkəzində oynanılacaq.

 

Tamaşada Oya Akın, Tuyğun Törə, Yılsay Özbudaq və Bilən Kılıç rol alıb. Bu tamaşanın eyni zamanda Azərbaycanda göstərilməsi nəzərdə tutulur.

 

Tamaşanın yanvarın 26-da, eləcə də hər cümə günü göstəriləcəyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR