Bank Of Baku

Xalq yazıçısı İsa Hüseynovun səhhətində problem yaranıb

Xalq yazıçısı İsa Hüseynovun səhhətində problem yaranıb
# 28 avqust 2013 13:26 (UTC +04:00)

Yazıçının xanımı Firuzə Hüseynovanın APA-ya verdiyi məlumata görə, İsa Hüseynov hazırda Ağstafada yataq şəraitində müalicə alır: “İsada belə şeylər tez-tez olur. Son vaxtlar səhhəti yaxşılaşmışdı, özünü normal hiss edirdi. Keçən dördüncü gündən böyrəklərində problem yarandı, ürək çatışmazlığı da var. İndi həkim nəzarətindədir, müalicəsi davam edir”.

 

İsa Hüseynov 1928-ci ildə Ağstafanın Muğanlı kəndində anadan olub. Ədəbi fəaliyyətə 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap edilən "Ana dil oxuyan yerdə" yazısı ilə başlayıb. “Məhşər” , “İdeal”, “Qəbiristan” “Tütək səsi” və s. əsərlərin müəllifidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR