Bank Of Baku

XVII əsr Azərbaycan şairi Mirzə Saleh Təbrizinin divanının surəti əldə edilib

XVII əsr Azərbaycan şairi Mirzə Saleh Təbrizinin divanının surəti əldə edilib
# 08 oktyabr 2013 08:26 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Əlyazmalar İnstitutu tərəfindən XVII əsr Azərbaycan şairi, Təbriz şəhərinin şeyxülislamı olmuş Mirzə Saleh Təbrizinin divanının surəti əldə edilib. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Tehranın Məclis kitabxanasında saxlanan, 102 səhifədən ibarət bu farsca divanın 65-79-cu səhifələrində şairin Azərbaycan türkcəsində 36 şeiri – qəzəl, qitə, nəzm və təkbeytlər cəmi 149 beyt həcmində toplanıb.

 

Mirzə Salehin yeni aşkar edilmiş bu divanı onun XVII əsr ədəbiyyat tarixindəki mövqeyini müəyyənləşdirməyə yardım edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR