Bank Of Baku

Yazıçı-publisist Aydın Ağazadənin 60 illik yubiley tədbiri keçirilib - FOTO

Yazıçı-publisist Aydın Ağazadənin 60 illik yubiley tədbiri keçirilib - <span style="color: red;">FOTO
# 18 fevral 2015 12:47 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Yazıçılar Birliyində (AYB) yazıçı-publisist Aydın Ağazadənin 60 illik yubiley tədbiri keçirilib. APA-nın məlumatına görə, tədbirdə A. Ağazadənin qələm dostları, oxucuları, teatr nümayəndələri iştirak edib.

 

AYB katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, A. Ağazadə yaradıcılığa 80-ci illərdə başlayıb: “Aydın Ağazadə ilə biz vaxtilə “Ədalət” qəzetində bir yerdə çalışmışıq. Onun “Azərteleradioda”kı fəaliyyəti də yaradıcılığının bir hissəsidir. Aydın müəllimin yaradıcılığında dram əsərləri xüsusi yer tutur. O, “Dahi”, “Sonuncu şahid”, “Baş tutmayan elçilik” və s. pyeslərin müəllifidir”.

 

Yazıçılar Ənvər Əhməd, Xeyrəddin Qoca və başqaları A. Ağazadənin həyat və yaradıcılığından danışıb, onun əsərlərini təhlil ediblər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR