Bakı. Cavid Zeynallı - APA. Yazıçı Ələviyyə Babayeva Yasamal qəbiristanlığında dəfn olunub.
Ailəsindən APA-ya verilən məlumata görə, Ə.Babayeva ilə vida mərasimi yazıçının evində olub. Sonra yazıçının cənazəsi torpağa tapşırılmaq üçün Yasamal qəbiristanlığına götürülüb.
Dəfn mərasimində xalq şairi Fikrət Qoca, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, yazıçı İlqar Fəhmi, AYB sədrinin müşaviri Rauf Aslanov iştirak edib. Ə.Babayeva vəsiyyətinə əsasən həyat yoldaşının yanında torpağa tapşırılıb.
Qeyd edək ki, Ə.Babayeva bu gün səhər saatlarında öz evində dünyasını dəyişib.